RU

Avropa divlər i Soboslai uğrunda mübarizə aparır

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Real Madrid” və “Mançester Siti” qış transfer pəncərəsində “Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslaini heyətinə qatmaq istəyirlər.

Fanat.Az xəbər verir ki, İngiltərə mətbuatı artıq hər iki klubun Macarıstan millisinin üzvü üçün hərəkətə keçdiyini yazıb.

Xəbərə görə, həm Pep Qvardiola, həm də Xabi Alonso 24 yaşlı futbolçunun oyun üslubunu bəyənir və onu gələcək üçün əsas oyunçu kimi görürlər. “Liverpul” isə Soboslaini satmaq niyyətində deyil və futbolçunun müqaviləsində yer alan 100 milyon avroluq sərbəst qalma maddəsinə istinad edir.

Dominik Soboslai bu mövsüm Premyer Liqada stabil çıxışı ilə diqqət çəkib və həm oyun quruculuğunda, həm də uzaq məsafədən zərbələri ilə komandasına böyük töhfə verib.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
fanat.az

2Источники