RU

Monteneqro 2029 cu ilədək Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Podqoritsa, 11 noyabr, AZƏRTAC

Monteneqro 2029-cu ilə qədər Avropa İttifaqına yeni üzv qəbul ediləcək namizəd ölkələr sırasında göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının genişlənmə ilə bağlı illik hesabatında deyilir.

Bildirilir, Avropa İttifaqı yeni genişlənməyə hazırdır və Avrokomissiya 2029-cu ildə başa çatan 5 illik müddətin sonuna qədər ittifaqa yeni üzvlərin qəbul edilməsinə ciddi yanaşır. Komissiya bunun üçün 4 namizəd ölkə müəyyən edib: Monteneqro, Albaniya, Moldova və Ukrayna.

Hesabatda deyilir ki, rəsmi Podqoritsa Aİ-yə üzvlüklə bağlı 13 ildir danışıqlar aparır və 2026-cı ilin sonuna qədər bunu başa çatdırmağı hədəfləyir. Monteneqro bu iddialı məqsədə çatmaq yolundadır.

Qeyd edək ki, hazırda Aİ-yə üzv ölkələrin sayı 27-dir. Balkan regionu ölkələrindən Sloveniya 2004-cü ildə, Xorvatiya 2013-cü ildə Aİ-nin üzvləri olub.

Aİ-nin genişlənmə planında Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Albaniyanın İttifaqa üzvlüyü nəzərdə tutulur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
azertag.az

1Источники