Milli Müdafiə Nazirliyinin Azərbaycandan ölkəmizə gələn C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin kədərlə öyrəndim.
Sitat.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.
“Axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə gedən Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışdım.
Əziz xalqımıza keçmiş olsun diləklərimi çatdırıram”, - nazir bildirib.