Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər son hazırlıq mərhələsindədilər.
"Football-plus.az" xəbər verir ki, qadın güləşçilərimiz U-23 dünya çempionatının ardından ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Digər yığma komandalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son məşqlərini keçirirlər.
Hazırlıq prosesinə ölkə xaricindən gəlmiş komandalar da qoşulub. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzair idmançıları ilə birgə məşq edir. Bolqarıstan yığmasının heyətində Tokio-2020-nin olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.
Sərbəst güləş üzrə yığmamız isə Bəhreyn, Qazaxıstan və Əlcəzair komandaları ilə birgə İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Bəhreyn millisinin heyətində olimpiya, dünya və ikiqat Asiya çempionu Ahmed Tacuddinovun da olması diqqət çəkir.
Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 14-də başa çatacaq. Növbəti gün millilər Ər-Riyada yola düşəcək. Güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. Azərbaycanı İslam Həmrəyliyi Oyunlarında təmsil edənlərdən biri də 1-ci dərəcəli hakim Bəşir İsazadə olacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта