Ankara, 11 noyabr, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus və Gürcüstan ərazisində qəzaya uğrayan “C130” hərbi nəqliyyat təyyarəsində ümumilikdə 20 nəfər olub.
Bu barədə AZƏRTAC-a Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara