RU

Qəzaya uğrayan Türkiyə təyyarəsinin QALIQLARI - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycandan qalxan Türkiyənin "C-130" hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib", -  Gürcüstan Hava Naviqasiya Xidməti bildirib.

Gürcüstan KİV-ləri təyyarənin partlamasına ilkin səbəb olaraq daxili partlayış olduğunu qeyd edir.

Bildirilir ki, ekipaj təyyarə daxilində nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib, lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Ehtimal edilir təyyarə havaya qalxarkən artıq naviqasiya sistemində ciddi nasazlıq mövcud olub.

Gəncədən havaya qalxandan sonra Gürcüstan səmasında qəzaya uğrayan Türk HHQ-sinə məxsus hərbi yük təyyarəsinin qalıqları:

Musavat.com

Избранный
36
7
musavat.com

10Источники