RU

Ancelina 112 yaşında vəfat etdi

İspaniyanın ən yaşlı insanı, kataloniyalı Ancelina Torres Vallbona 112 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Kataloniyanın baş naziri Salvador İlla "X" sosial media platformasında məlumat verib.

"Keçən il Ancelina Torreslə görüşmək nəsib oldu. O, iman və mehribanlıqla dolu, çox çalışqan və böyük daxili gücə malik müdrik qadın idi... Ailəsinə səmimi başsağlığı verirəm", - o yazıb.

EFE-nin məlumatına görə, Torres 1913-cü il martın 18-də Belvis kəndində anadan olub və demək olar ki, bütün həyatını Barselonada keçirib. O, yeddi uşağın beşincisi idi. Atasının ölümündən sonra ailə Kataloniya paytaxtına köçüb və Ancelina burada tikişçi kimi işləməyə başlayıb.

Избранный
28
publika.az

1Источники