“Yeri gəlmişkən, vətəndaşın bəhs etdiyi 3-cü dərəcəli rus buğdası artıq una, sonra isə çörəyə çevrilib və biz hamımız onu yemişik. Gördüyünüz kimi, heç kim zəhərlənməyib”.
Ölkə.Az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qeyd edib.
“1000 ton bizim hər gün istehlak etdiyimiz miqdardan xeyli azdır”, – Papoyan əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Facebook istifadəçilərindən biri nazirə müraciət edərək Azərbaycandan gətirilən buğdanın zəhərli olmamasına hansı zəmanətin olduğunu soruşub.
Buna cavab olaraq iqtisadiyyat naziri bildirib: “O buğdadan bişən çörəyi birinci mən yeyəcəyəm”.