RU

Balakəndə çoban iti yaşlı kişini parçalayaraq öldürübVİDEO

Balakəndə çoban iti yaşlı kişini parçalayaraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, faciəvi hadisə rayonun Mahamalar kəndində baş verib.

Kənd sakini 83 yaşlı Məhəmməd Atayev çoban itinin hücumuna məruz qalıb. Hadisə kəndin yaxınlığındakı fermanın qarşısında, sakinlərin hər gün təsərrüfatlarına getmək üçün istifadə etdikləri yolda olub.

Məlumata görə, nəzarətsiz qalan çoban iti 83 yaşlı kişiyə qəfil hücum edib, boğaz nahiyəsini bir neçə yerdən dişləyib və şah damarına ciddi xəsarət yetirib. Aldığı ağır yaralardan Məhəmməd Atayev hadisə yerindəcə dünyasını dəyişib.

Yaxınları isə xəbəri biləndə artıq gec olub. 

Oğlunun dediyinə görə, bir il əvvəl də eyni it Məhəmməd Atayevə hücum edərək onu yaralayıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
38
xezerxeber.az

1Источники