RU

Kəmaləddin Heydərov Gela Geladze ilə telefon danışığı apardı

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

 
Sitat.info xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında bildirilib.
 
Məlumata görə, telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub. Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.
 
Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.
 
Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.
Избранный
21
27
sitat.info

10Источники