RU

Niyə pis havada oynaqlar ağrıyır? –Alimlər səbəbləri açıqlayıb


Uzun illərdir elm adamları hava şəraitinin oynaq ağrılarına təsir edib-etmədiyini araşdırsalarda, bu fenomenin dəqiq səbəbləri hələ də tam aydın deyil.
Yeniavaz.com
“Discover” jurnalının məlumatına istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar hava təzyiqi, rütubət və külək sürətindəki dəyişikliklərin bəzi insanlarda ağrını artırdığını göstərib.
“Focus” nəşrinin yazdığına əsasən, xüsusilə soyuq və ya rütubətli havalarda oynaq ağrısının əsas səbəbi barometrik təzyiqdəki dəyişikliklər ola bilər. Bu, Yer səthində atmosfer təzyiqinin azalması və ya artması ilə bağlıdır.
Soyuq cəbhə bir bölgədən keçdikdə barometrik təzyiq azalır. Bu zaman soyuq hava aşağı enir, isti hava isə yuxarı qalxır, nəticədə temperatur kəskin düşür və fırtınalı hava şəraiti yaranır. Alimlərin fikrincə, təzyiqin azalması bədəndəki oynaqlara təsir edir – bu da əzələ, vətər və toxumalarda genişlənmə yaradır və ağrı hissini gücləndirir.
Həmçinin təzyiq və temperatur dəyişiklikləri oynaqlar arasında sürtünməni azaldan sinovial mayenin tərkibini dəyişdirə bilər. Bu, xüsusilə revmatoid artrit, osteoartrit və fibromiyalgiya xəstələrində ağrının artmasına səbəb olur.
Tədqiqatlar həmçinin göstərir ki, barometrik təzyiqdəki dəyişikliklər bəzi insanlarda stress səviyyəsini artırır və bu da “fantom ağrısı” deyilən hissi gücləndirə bilər.
Mütəxəssislər bildirirlər ki, soyuq hava mövcud zədələri olan insanlarda – məsələn, sınıqlar, burxulmalar və əzələ gərginlikləri zamanı – sərtlik və narahatlıq yaradır. Bunun səbəbi toxuma şişkinliyi, qan damarlarının daralması və sinirlərə təzyiqin artması ilə bağlı ola bilər.
Bundan başqa, yalnız soyuq deyil, rütubətli hava da sağlamlığa mənfi təsir göstərə bilər. Artan rütubət artrit, miqren və digər xroniki xəstəliklərin simptomlarını daha da ağırlaşdıra bilər.
Избранный
15
2
yeniavaz.com

3Источники