RU

Gəncədən qalxan Türkiyə hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı – Göyərtəsində 20 hərbçi var

Gənğədən qalxan   Türkiyəyə Silahlı Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsi  Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Heftelik.az-ın xəbərinə görə,  Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində qəzaya uğrayan təyyarənin göyərtəsində 20 türk hərbçi olub.

Təyyarənin qalıqları aşkarlanıb.

Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı ərazidədir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib

 

Избранный
29
heftelik.az

1Источники