RU

ABŞ-a kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdılar

Britaniya hakimiyyəti Karib dənizindəki şübhəli gəmilər haqqında ABŞ-a kəşfiyyat məlumatlarının ötürülməsini dayandırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, London Venesuela sahillərində ABŞ hərbçilərinin hərəkətlərində iştirak etmək istəmir və bu gəmilərə edilən zərbələri qanunsuz hesab edir.

Karib dənizində beş əraziyə nəzarət edən Böyük Britaniya illərdir ABŞ-a narkotik daşımaqda şübhəli bilinən gəmiləri aşkar etməyə kömək etmək üçün bölgədə yerləşən kəşfiyyat bölməsindən istifadə edir. Bu məlumatlardan istifadə edərək ABŞ Sahil Mühafizəsi şübhəli gəmiləri ələ keçirə, onları yoxlaya, narkotikləri müsadirə edə və heyət üzvlərini saxlaya bilib.

Lakin, sentyabr ayından bəri Prezident Donald Trampın əmri ilə ABŞ hərbçiləri Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəli olduğunu iddia etdiyi gəmilərə zərbələr endirir. Britaniya hakimiyyəti 70-dən çox insanın ölümünə səbəb olan bu hücumlar üçün Britaniya kəşfiyyatından istifadə olunduğuna görə narahatdır. CNN-in əldə etdiyi məlumata görə, bu kəşfiyyat məlumatlarının ötürülməsi bir ay əvvəl dayandırılıb.

Donald Tramp administrasiyası hücumlarını narkotik qaçaqmalçılarının Amerika vətəndaşlarına qarşı yaratdığı təhlükə ilə əsaslandırır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, ABŞ-ın Karib dənizindəki hərəkətləri beynəlxalq hüququ pozur və məhkəmədənkənar edamla nəticələnir. ABŞ mənbələrinə görə, Böyük Britaniya hakimiyyəti bu qiymətləndirmə ilə razıdır. Rusiya da ABŞ-ın hərəkətlərini qınayıb.

Elvin 

Ölkə.az

Избранный
35
2
olke.az

3Источники