RU

Valeh Kərimovdan etiraf: “Həbsxanaya düşmüşəm”

Xalq artisti Valeh Kərimov maraqlı etirafı ilə diqqət çəkib. O, “Onun sirri” verilişində qonaq olarkən uşaqlıq illərində həbsxana həyatı yaşadığını bildirib.

Sənətçi deyib ki, İranda doğulub və 1950-ci ildə ailəsi ilə birlikdə sərhədi keçərək Azərbaycana gəlib:

“İranda anadan olmuşam. 1950-ci ildə anam, mən, kiçik qardaşım və əmim sərhədi pozub Azərbaycana gəlmişik. O vaxt İranda qarmaqarışıqlıq çox idi, biz də canımızı qurtarmaq üçün qaçmışdıq. Amma sərhədi pozduğumuza görə bizi dörd ay həbsdə saxladılar. Həbsxana həyatını o vaxt yaşamışam.”

Valeh Kərimov həmçinin qeyd edib ki, o hadisədən sonra bir daha belə bir vəziyyətlə üzləşməyib:

“Həbsxana insanın özündən asılı deyil, talehində varsa, başa gələcək. Amma mən özümü tanıyandan sonra həbsxanaya düşməmişəm.”

Избранный
30
news365.az

1Источники