RU

Bakıda AİLƏ FACİƏSİ: Qardaş bacısını yatdığı yerdə amansızlıqla öldürdü

2024-cü il iyulun 1-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsindəki mənzillərdən birində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın meyitinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Publika.az xəbər verir ki, ekspert kriminalistlər çarpayının üzərindəki meyitə baxış keçirərkən ilkin olaraq üzərində zorakılıq əlamətləri müəyyənləşdirərək onun hər hansı bir vasitə ilə boğularaq öldürüldüyü qənaətinə gəliblər.

Qətllə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

İlkin istintaq tədbirləri ilə müəyyən edilib ki, Təhminə Qasımovanı qardaşı Təbriz Qasımov boğaraq öldürüb və sonra da polisə gedərək təslim olub.

İstintaqa cəlb olunan Təbriz Qasımovun ifadəsindən bacısını qısqanclıq zəminində qətlə yetirdiyi məlum olub.

Избранный
13
3
publika.az

7Источники