RU

Türkiyə təyyarənin qəzaya uğradığı ərazi mühafizəyə götürülüb

Gürcüstanın Sığnaxi bələdiyyəsi ərazisində Azərbaycan sərhədindən 5 kmlik məsafədə Türkiyəyə məxsus C-130 tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı yer tam mühafizəyə götürülüb.

“İki sahil” xəbər verir ki, hazırda hadisə yerinə yalnız Gürcüstan Daxili İşlər Nazirliyinin və xilasedici xidmətlərin əməkdaşları buraxılır.

Kənar şəxslərin, o cümlədən jurnalistlərin əraziyə daxil olmasına icazə verilmir.

Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Избранный
36
1
ikisahil.az

2Источники