RU

Arif Quliyevin oğlundan Teymur Əmraha AĞIR İTTİHAMLAR: "Küçədə qalırdı, onu evimizə gətirdik, atam öləndə yasa gəlmədi”

“Atam 2021-ci ildə dünyasını dəyişib. Demək olar ki, həmin ildən sonra teatrda çiyin-çiyinə çalışdığı heç bir sənət dostu bizimlə maraqlanmayıb. Mən çox incidim. Vaxt var idi ki, onların sirri, söhbətləri atamla idi. Anamın vəfatından sonra demək olar ki, özümü tək hiss etdim". Bunu Medianews.az-a açıqlamasında mərhum xalq artisti Arif Quliyevin oğlu Rövşən Quliyev deyib. O daha sonra əməkdar artist Teymur Əmrahın ünvanına ittihamlar səsləndirib:

 

“1990-cı ilin soyuq ayları idi. Çətin günlər, aylar idi. Hər yerə rahatlıqla gedib-gəlmək mümkün deyildi. Müharibə şəraitində yaşayırdıq. Teymur Əmrah bizim Yasamaldakı evimizə gəldi. Həmin vaxtlarda atam ona qapı açdı. Bakıda nə bir yaxını, nə də bir qohumu var idi. Küçələrdə qalmışdı. 2000-ci illərə kimi bizim evdə qalırdı. Sonralar da gəlib-gedirdi. Mənim atamın ona etdikləri yaxşılıqları inanmıram ki, kimsə ona edər. 2021-ci ildə-atamın vəfatından sonra bizi ümumiyyətlə axtarmadı. Heç atamın yasına da gəlmədi.

 

Ümumiyyətlə telefon zəngi açıb başsağlığı da vermədi. Atamın ona etdiyi bütün yaxşılıqları itirdi. Teymur Əmrahın bu səviyyəyə çatmağında atamın böyük dəstəyi və rolu olub. Atam onu konservatoriyaya qədər tapşırıb. Demək olar ki, hər işində dəstək olub. Mən zəng etdim və səbəbini soruşdum. Dedi ki, gələcəm, amma yenə də gəlmədi. Səbəbini yəqin ki, özü bilir. Atamın yaxşılıqlarını onun qədər itirən ikinci bir insan yoxdur. Həyatda halallıq deyilən bir şey var. O gedib atamın ruhundan halallıq istəsin” deyə sənətkarın oğlu bildirib.

 

Rövşən Quliyev bildirib ki, hazırda atasının yaxın sənət dostu, xalq artisti Fatma Mahmudovanın yanında çalışır.

Tarix: 11 Noyabr 2025, 23:04   
Избранный
22
pravda.az

1Источники