RU

Dominikan zülmətə qərq oldu

Dominikan Respublikasında enerji istehsalı sistemində baş verən qəzalar nəticəsində ölkədə elektrik enerjisi tamamilə kəsilib.

Publika.az xəbər verir ki, bu barədə dövlətə məxsus "Empresa de Transmisión Eléctrica Dominicana" (ETED) şirkəti məlumat yayıb.

ETED-in açıqlamasında bildirilib ki, ötürmə sistemindəki nasazlıq səbəbindən ölkədə elektrik təchizatı tamamilə dayandırılıb.

Mövcud məlumata görə, nasazlıq Dominikanın şərqində yerləşən iki şirkətin elektrik stansiyalarında baş verib. Bu problem zəncirvari reaksiyaya səbəb olub və nəticədə digər enerji obyektləri də sıradan çıxıb. Xüsusilə, ölkənin cənubunda yerləşən "AES Andrés" qaz elektrik stansiyası fəaliyyətini dayandırıb. Hazırda ETED qısa müddətdə enerji təchizatını bərpa etmək üçün təmir briqadaları cəlb edib.

Избранный
23
2
publika.az

10Источники