RU

“Güclü ordumuz – sülhün təminatçısıdır” - Cəsarət Hüseynzadə/ VİDEO

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri və QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə Azərbaycan Ordusunun son hərbi paradı ilə bağlı fikirlərini bölüşüb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan xalqı bir neçə gün öncə dövlət müstəqilliyi tarixində qürurverici bir bayram yaşadı — Ordumuzun və dövlətimizin qüdrətini nümayiş etdirən möhtəşəm hərbi parad keçirildi.

“Bu parad Azərbaycan dövlətinin gücünü, ordumuzun peşəkarlığını və xalqımızın birliyini bir daha bütün dünyaya göstərdi. Hər zaman deyilir ki, sülhü təmin etmək üçün ilk növbədə güclü olmalısan. Tarixin acı təcrübəsi sübut edir ki, ordusu zəif olan ölkələr daim təcavüzə məruz qalır. Şükürlər olsun ki, bu gün Azərbaycanın ordusu güclüdür və mən fəxrlə deyirəm: məhz bu güclü ordu bizim sülhümüzün təminatçısıdır,” – deyə Cəsarət Hüseynzadə bildirib.

QHT sədri qeyd edib ki, parad təkcə hərbi qüdrətin nümayişi deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin bəyanı idi:

“Cənab Prezident İlham Əliyevin çıxışı həm möhtəşəm, həm də strateji baxımdan əhəmiyyətli idi. Bu çıxışla Azərbaycanın gücü, prioritetləri və sülhə sadiqliyi dünyaya nümayiş etdirildi. Xüsusilə, Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikasının rəhbərlərinin paradda iştirakı qardaşlıq və beynəlxalq həmrəyliyin bariz nümunəsi oldu. Bu parad Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və sarsılmaz iradəsinin təntənəsidir.

Biz bu gün fəxrlə deyirik ki, güclü ordumuz – sülhün təminatçısıdır!”

Избранный
60
qht.az

1Источники