RU

Qəza vaxtı aşan yol nişanını 1 aydır düzəltmirlər: Sürücülər təhlükədədir VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Salyan şosesində (Lökbatan dairəsində) baş verən qəza nəticəsində dəmir məhəccərlər və yol nişanı yararsız hala düşüb. Avtosfer.az xəbər verir ki, hadisədən artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən nə dəmir məhəccərlərin bərpası, nə də yol nişanının yenilənməsi həyata keçirilir.

Hazırda həmin hissədə girişi qadağan edən nişanın olmaması sürücülər üçün ciddi təhlükə yaradır. Belə ki, nişanın görünməməsi nəticəsində sürücülərin qadağan olunmuş istiqamətə daxil olması riksi yaranır. Bu cür vəziyyət isə təkcə yol hərəkəti qaydalarının pozulması ilə nəticələnmir, həm də növbəti ağır qəzalara səbəb ola bilər. Ona görə də məsul qurumların sözügedən ərazidə bərpa işlərini təxirə salmadan aparması vacib hesab olunur.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
160
23
avtosfer.az

10Источники