RU

Rusiyanın Ukrayna ilə bağlı 3 mərhələli PLANI

Rusiya Ukraynanı tam ələ keçirmək üçün üç mərhələli strategiya hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalı yazıb.

Mənbənin məlumatına görə, ilk mərhələ yeganə hərbi əməliyyatların nəzərdə tutulduğu mərhələdir.

Bu mərhələdə Kreml Ukraynanın kifayət qədər bölgəsini işğal etməyi və ya dağıtmağı hədəfləyir ki, ölkənin qalan hissəsinin iqtisadi dayanıqlığı yalnız Rusiyadan asılı vəziyyətə düşsün.

Rus strateqləri hesab edirlər ki, bu məqsədə yalnız Konstitusiyasında “öz ərazisi” kimi göstərilən Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini deyil, həmçinin Xarkov, Nikolayev və Odessa bölgələrini də işğal etməklə nail olmaq mümkündür. Bu halda Ukrayna Qara dənizdən tamamilə təcrid ediləcək.

“Foreign Affairs” qeyd edir ki, belə vəziyyətdə Rusiya atəşkəsə razılaşmağa çalışacaq və bununla ikinci mərhələyə keçə biləcəyinə ümid edəcək.

İkinci mərhələdə Moskva iqtisadi təzyiq və siyasi müharibə üsullarından, o cümlədən yenidən hərbi müdaxilə təhlükəsindən istifadə edərək Kiyevdə nəzarəti ələ keçirmək istəyəcək.

Üçüncü mərhələdə isə Ukraynanın Belarus kimi Rusiyanın orbitinə daxil edilməsi nəzərdə tutulur.

Hazırda, nəşrin vurğuladığı kimi, Kreml hələ birinci mərhələnin hədəflərinə çatmaqdan uzaqdır. Rusiya ordusu ümid edir ki, Ukrayna Silahlı Qüvvələrini tükəndirə bilsə, cəbhədə irəliləyiş sürətlənəcək. Lakin yaxın vaxtlarda Rusiyanın özü də canlı qüvvə çatışmazlığı ilə üzləşə bilər.

Məqalə müəllifinin fikrincə, əgər Ukrayna Qərb ölkələri ilə birlikdə Rusiyanın iqtisadiyyatı və enerji infrastrukturu üzərində real təzyiq qura bilsə, gələn ilin sonuna qədər atəşkəsə nail olunması mümkündür. Amma Qərb dövlətləri anlamalıdırlar ki, Kremlin mövqeyini dəyişmək üçün davamlı təzyiq və ciddi nizam-intizam tələb olunur.

“Ukrayna hələ də vaxt qazana bilər ki, Rusiyaya təzyiq nəticə versin. Amma bu müqavimət sonsuz davam edə bilməz”, - deyə müəllif yekunlaşdırıb.

Musavat.com

Избранный
105
23
musavat.com

10Источники