RU

Türkiyədə körpü çökdü: ölənlər var - VİDEO

09:53 12.11.2025
09:53 12.11.2025

Türkiyənin Diyarbəkir vilayətinin Kulp rayonunda körpü tikintisi zamanı körpünün bir hissəsi çöküb.

Mynews.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

Hazırda dağıntılar altında qalan digər işçiləri xilas etmək üçün genişmiqyaslı əməliyyat işləri davam etdirilir.

Faktla bağlı araşdırma başlayıb.


Избранный
61
mynews.az

1Источники