RU

Nəsimi rayonunun yeni icra başçısı kimdir? - DOSYE

Elxan Oqtay oğlu İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Elxan İbrahimov yeni təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub. Əvvəl isə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələr tutub. Elxan İbrahimov Azərbaycan Kooperasiya Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində sərbəst danışır.

 

Ailəlidir, 3 övladı var.

 

Qeyd edək ki, Elxan İbrahimov sovet dövründə Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir.

Tarix: 12 Noyabr 2025, 13:19   
Избранный
29
2
pravda.az

2Источники