RU

Bu icra başçılarının yerləri dəyişdi

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə O. Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Qaxın sabiq icra baçşısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub.

AzPost.az

Избранный
20
13
azpost.info

10Источники