RU

Peşəkar loqoped necə seçilməlidir?

"Loqopedin peşəkarlığı onun təhsili, nitqi, diaqnostika müdaxilə bacarıqları və müraciət olunan şəxsin idarə etmə bacarıqları ilə müəyyən edilə bilər".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova qeyd etdi.

Onun sözlərinə görə, loqopediyaya aid müvafiq ali təhsil, müntəzəm peşəkar inkişaf və sertifikatlar onların peşəkar əsaslarını təsdiqləyir:

"Loqopedin nitqi müraciət olunan şəxslər üçün nümunəvi olmalıdır. Müasir valideynlər informasiya çoxluğuna, sosial şəbəkələrə açıqdırlar. Loqopedə müraciət zamanı verdikləri sualların cavabını, övladlarına ilkin müayinə zamanı peşəkarlığı nəzərə almalıdırlar. Loqopedlər korreksiya işləri zamanı fərdi yanaşma prinsipini üzərindən çalışmalıdırlar. Mütəxəssis şablonlardan istifadə etməməli, istifadə etdiyi metodları konkret loqopedə uyğunlaşdıraraq korreksiya işlərini aparmalıdır".

Nuriyyə NATİQQIZI

Избранный
27
2
redaktor.az

5Источники