RU

"Nitq qüsuru olan uşaqları birbaşa bağçaya yönləndirmək düzgün deyil" - Loqoped

"Əgər uşaqda mürəkkəb nitq qüsurları müşahidə olunursa, onu birbaşa bağçaya və ya məktəbə yönləndirmək doğru deyil".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova bildirdi.

Onun sözlərinə görə, belə hallarda uşaq həmin mühitdə tam inkişaf edə bilmir:

"Belə uşaqlarda ilkin mərhələdə multidissiplinar komandaya əsaslanan reabilitasiya vacibdir. Bu prosesdə yalnız loqopedin deyil, həm də idman mütəxəssisinin, psixopedaqoqun, psixoloqun, terapevtin və pedaqoqun iştirakı zəruridir. Bəzən loqopedik müdaxilədən əvvəl məhz fiziki və psixoloji hazırlıq mərhələsi lazım olur, bəzən isə loqopedik və idman məşğələləri paralel şəkildə aparılmalıdır.

Uşaqda kommunikativ bacarıqlar formalaşdıqdan sonra artıq bağça və ya məktəb mühiti faydalı olur. Belə olan halda uşaq həmyaşıdlarının arasında özünü daha rahat ifadə edə, bacarıqlarını inkişaf etdirə bilir. Sosial mühit uşağın nitqinin və psixoloji vəziyyətinin inkişafında mühüm rol oynayır. Uşaq tək fəaliyyət zamanı bu bacarıqları tam formalaşdıra bilmir, buna görə də ilkin mərhələdə dəstək vacibdir".

Nuriyyə NATIQQIZI

Избранный
181
34
redaktor.az

10Источники