RU

Lerikin Cəngəmiran kəndində təhsil infrastrukturu yenilənib Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Yeni məktəblərin inşası və mövcud təhsil müəssisələrinin yenidən qurulması şagirdlər üçün rahat, təhlükəsiz və müasir tədris şəraitinin yaradılmasına xidmət edir. 

“Qafqazinfo” xəbər verir ki, Lerik rayonu R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbinin 132 şagird yerlik yeni inşa edilən binası da bu istiqamətdə görülən işlərin davamıdır.

Layihə çərçivəsində zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün məktəbdə 12 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, informatika və çağırışaqədərki hazırlıq kabinetləri, həmçinin kitabxana və oxu zalı fəaliyyət göstərir. 

Şagirdlərin hərtərəfli inkişafı üçün məktəbdə akt zalı, yeməkxana, idman zalı və açıq idman meydançası da inşa edilib, mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yeni təhsil binasının istifadəyə verilməsi ilə Cəngəmiran kəndində şagirdlər üçün müasir, təhlükəsiz və standartlara tam uyğun təhsil mühiti formalaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
qafqazinfo.az

2Источники