RU

“2026 da tütün və alkoqol bazarında yeni tənzimləmələr gözlənilir”

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Son dövrlər hökumət zərərli məhsullara yəni siqaret və alkoqollu içkilərə tətbiq edilən aksiz vergilərini artırmaq siyasətini davam etdirir. Bu, həm büdcə gəlirlərini artırmaq, həm də sağlamlıqla bağlı sosial siyasətin tərkib hissəsidir”.Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Elvin Həsənov deyib.O deyib ki, hazırda ölkədə inflyasiya 5-6% civarındadır:“ Əgər gələn il aksiz vergiləri də artırılarsa, bu məhsulların qiymətində ümumilikdə 10-15% artım gözləmək olar. Məsələn, bu il 10 manata satılan siqaret qutusu gələn il 11-11.5 manata, 12 manata çata bilər. Alkoqollu içkilərdə isə artım bir qədər yüksək 15-20% civarında ola bilər. Bunun səbəbi bu məhsulların əksəriyyətinin idxal olunması, həm də valyuta məzənnəsinin dəyişməsinə həssas olmasıdır. Yəni, əgər manat bir qədər zəifləsə və ya xammal bahalaşsa, idxal edilən içkilər dərhal bahalaşacaq. Yerli istehsal da xammalın bir hissəsini xaricdən aldığı üçün bundan təsirlənəcək. Siqaret və alkoqollu içkilərin gələn il ən azı 10%, bəzi hallarda isə 20%-ə qədər bahalaşması real görünür. Bu, sırf iqtisadi amillərin və dövlət siyasətinin birgə nəticəsidir”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
110
50
demokrat.az

10Источники