RU

Pakistana xəbərdarlıq mesajı verməyə çalışırlar Politoloq

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Noyabrın 11-də Pakistanın paytaxtı İslamabadda 12 nəfərin həlak olması, 27 nəfərin isə yaralanması ilə nəticələnən terror aktına görə məsuliyyəti "Təhrik-e-Taliban Pakistan" (Pakistan Talibləri Hərəkatı) qruplaşması öz üzərinə götürüb.

Bu barədə "Business Recorder" məlumat yayıb.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi bildirib ki, məhkəmə binasına daxil olmağa cəhd edən kamikadze üzərindəki partlayıcı qurğunu polis avtomobilinin yaxınlığında partladıb.

Xatırladaq ki, “Təhrik-e-Taliban Pakistan” terror qruplaşması əsasən ölkənin şimal-qərb bölgələrində və Əfqanıstanla sərhəddə fəaliyyət göstərir.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Pakistanda son baş verənlər əsasən Taliban hərəkatı ilə bağlıdır:

"Bir müddət öncə də Əfqanıstanın Taliban hökuməti Pakistana qarşı hərbi təxribatlar törətmiş, sərhədlərə zərbələr endirmişdi. Həmin zərbələr zamanı Pakistanın daxilində fəaliyyət göstərən Talibançılardan da istifadə olunmuşdu. Onların böyük əksəriyyəti NATO qüvvələri Əfqanistanda olarkən oradan Pakistana sığınan, yəni orada gizlənən Taliban silahlı qruplaşmalarıdır. Həmin qruplaşmalar vaxtaşırı Pakistan daxilində terror aktları törədir, sərhəddə təxribatlar həyata keçirir. Əfqanıstanın Taliban hökuməti də buna paralel şəkildə Pakistanla qarşıdurmaya meyillənir. Təbii ki, bu proseslərin arxasında müəyyən qüvvələrin dayandığı istisna deyil. Nəzərə almaq lazımdır ki, Pakistan dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biridir. O, nüvə dövlətidir və olduqca prinsipial, qətiyyətli mövqeyi ilə seçilir. Xüsusilə də Yaxın Şərqdə baş verən proseslərə münasibətdə Pakistanın mövqeyi birmənalı xarakter daşıyır. Bu da ABŞ başda olmaqla bəzi dövlətləri ciddi şəkildə narahat edir. Bu səbəbdən Pakistana qarşı təxribatların və terror aktlarının törədilməsi o qədər də gözlənilməz deyil. Görünür, Pakistana bir xəbərdarlıq mesajı verməyə çalışırlar. Həm də nəzərə almaq lazımdır ki, vaxtilə ABŞ qoşunlarını Əfqanistandan çıxararkən milyardlarla dəyəri olan silah, sursat və hərbi texnikanı Talibanın yəni özü tərəfindən terrorçu elan edilmiş hərəkatın öhdəsinə buraxmışdı.

Bu da, müəyyən razılaşmalar və anlaşmalar olmadan mümkün ola bilməzdi".

Analitikin fikrincə, böyük ehtimalla, Taliban hakimiyyəti ilə Pakistanda fəaliyyət göstərən terror qrupları arasında da müəyyən razılaşmalar mövcuddur:

"Həmin razılaşmalar çərçivəsində Pakistana qarşı terror və təxribat hadisələrinin sifariş edilməsi ehtimalı böyükdür. Pakistanın hədəf alınması, əsasən, onun qlobal miqyasda qətiyyətli mövqeyi və Yaxın Şərqdə bu mövqeyin birmənalı xarakter daşıması ilə bağlıdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
31
sherg.az

1Источники