RU

“Çelsi”nin keçmiş futbolçusu trenajorda huşunu itirərək yıxılıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda Braziliyanın "Sao Paulo" klubunda çıxış edən, "Çelsi"nin və Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar ürək probleminə görə xəstəxanaya yerləşdirilib.

İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu yeni mövsümöncəsi tibbi testlər zamanı özünü pis hiss edib və dərhal "Sao Paulo"nun təlim-məşq bazasında həkimlər tərəfindən ilkin yardım alıb.

“Oskarda ürəklə bağlı dəyişikliklər müşahidə olundu, o, dərhal klubun həkimləri və hadisə yerində olan tibbi heyət tərəfindən müayinə edildi. Daha sonra futbolçu xəstəxanaya aparıldı və hazırda vəziyyəti sabitdir. O, diaqnozun dəqiqləşdirilməsi üçün müşahidə altındadır”, - deyə klub rəsmi bildirib.

Braziliya mətbuatı, xüsusilə “Globo”, xəbər verir ki, Oskar test zamanı velosiped trenajorunda olarkən huşunu itirib və təxminən iki dəqiqə ərzində özünə gələ bilməyib.

Mənbənin məlumatına görə, futbolçu hazırda karyerasını başa vurmaq ehtimalını da nəzərdən keçirir. O, 2024-cü ilin dekabrında səkkiz illik Çin karyerasından sonra "Sao Paulo"ya qayıdıb və 2027-ci ilə qədər olan üçillik müqavilə imzalayıb. Komandanı hazırda argentinalı sabiq hücumçu, "Çelsi"nin keçmiş oyunçusu Hernan Krespo çalışdırır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
icma.az

2Источники