RU

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Noyabrın 12-də Azərbaycan Respublikasının maliyyə nazirininmüavini Himalay Məmişov ölkəmizdə səfərdə olan Dünya Bankınınİnstitutlar üzrə Qlobal İctimai Maliyyə və İnvestisiya İdarəçiliyiTəcrübə Meneceri Serdar Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.

Bu barədə Trend-ə MaliyyəNazirliyindən məlumat verilib.

Oktyabr ayında Maliyyə Nazirliyində keçirilmiş əvvəlki görüşündavamı olaraq, budəfəki müzakirələr ortamüddətli xərclər çərçivəsivə nəticəəsaslı büdcə mexanizmləri, dövlət maliyyə idarəçiliyindətətbiq olunan rəqəmsal platformalar, həmçinin Dünya Bankınındəstəyi ilə həyata keçirilən rəqəmsal həllər və informasiyasistemlərinin qiymətləndirilməsi layihəsinə həsr olunub.

H.Məmişov Azərbaycanın dövlət maliyyə idarəçiliyində həyatakeçirilən yeniliklər, tətbiq edilən rəqəmsal platformalar barədəətraflı məlumat verib. O vurğulayıb ki, “Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi bütünsahələrdə rəqəmsal transformasiyanı dəstəkləyir və bu təşəbbüslərdayanıqlı, şəffaf maliyyə idarəçiliyinin inkişafına xidmət edir.Nazir müavini qeyd edib ki, layihə Rəqəmsal Dövlət Maliyyəİnformasiya sisteminin arxitekturasının formalaşdırılmasına, ocümlədən nəticəəsaslı büdcə idarəçiliyinin gücləndirilməsinə vəbeynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfəverəcək.

S.Yılmaz Azərbaycan Hökumətinin rəqəmsal transformasiya vədövlət maliyyə sistemlərinin müasirləşdirilməsi istiqamətindəhəyata keçirdiyi işləri yüksək qiymətləndirib. O, planlaşdırılanlayihənin ölkədə dayanıqlı və şəffaf maliyyə idarəçiliyi üçün yeniimkanlar yaradacağını bildirib.

Görüşdə layihə çərçivəsində həyata keçiriləcək altı əsas modul —dövlət maliyyə idarəetməsi sahəsində informasiya sistemləri vərəqəmsal texnologiyaların müəyyənləşdirilməsi, İKT idarəetməsisteminin kastomizasiyası, infrastruktur ehtiyacları,kibertəhlükəsizlik səviyyəsi, qarşılıqlı funksional əlaqələnmə vəsüni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə genişfikir mübadiləsi aparılıb.

Sonda tərəflər layihənin uğurlu icrası üçün birgə fəaliyyətin vəkoordinasiyanın vacibliyini vurğulayıb, növbəti mərhələlər üzrəpraktiki addımları razılaşdırıblar.

Məqalədə:
Избранный
65
8
az.trend.az

9Источники