RU

İngilis pilotdan “C-130” qəzasına dair SENSASİYA


Azərbaycandan dönərkən Gürcüstan hava məkanında üç hissəyə parçalanan Türkiyə təyyarə ilə bağlı açıqlamalar səngimir.

Türk mediasına istinadən xəbər veririk ki, qəza baş verənə qədər Türk Hərbi Hava Qüvvələrinin inventarında bu təyyarədən 19 ədəd olub. Son dərəcə etibarlı və hərbi yük daşımasında dünyada ən təhlükəsiz modellərdən biri sayılan bu təyyarələr Türkiyənin İngiltərədən 12 ədəd “C-130J Super Hercules” alması ilə yenidən gündəmə gəlmişdi.

Türkiyədə olduğu kimi digər ölkələrdə də bir çox ekspert təyyarənin niyə düşdüyünü anlamağa çalışır.

İngilis Hərbi Hava Qüvvələrində (RAF) uzun illər “C-130” təyyarələrini idarə edən təcrübəli pilot Skott Bateman 20 türk əsgərinin şəhid olduğu faciəvi qəza ilə bağlı sosial media hesabında paylaşım edib. Hadisənin görüntülərini analiz edən Bateman yazıb:

“Təyyarə düşərkən qanadlardakı iz tüstü və ya güllənin deyil, yanacaq boşaltma borularından sızan yanacağın izləridir. Təyyarənin qanad hissəsinin hər iki tərəfdən üç parçaya bölündüyü görünür. “C-130” çox davamlı bir təyyarədir və qəza halları son dərəcə nadirdir”.

Bateman paylaşdığı ikinci şərhdə bildirib ki, karyerası boyunca 6 “C-130” itkinisinin şahidi olub:

“Karyeramın böyük hissəsi ərzində “C-130”u pilotu olmuşam. Düşmən müdaxiləsi xaricində təyyarə hər şəraitdə çox dözümlü, etibarlı gövdəyə malikdir. Bu gün sosial medianı izlədim və təyyarənin uçuş tarixi haqqında bir sıra saxta məlumatlar gördüm.

Təyyar dünyada davamlı istehsal olunan ən uzunmüddətli hərbi təyyarədir. 70 ildən çoxdur fəaliyyətdədir. İndiyə qədər istehsal olunan bu təyyarələrin təxminən 15%-i sıradan çıxıb.

Onlardan yalnız 29-u quru əməliyyatlarında itirilib. ABŞ Vyetnamda 70-dən çox itki verib. Onlardan çoxu düşmən tərəfindən düşürülüb.
Xidmət müddətində 6 təyyarədən yalnız biri qəza nəticəsində düşüB. Qalan 5-ni düşmən vurdu”.

***

Türkiyə ordusunun təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş isə bildirib ki, bu, Türk aviasiya tarixində ikinci “C-130” qəzasıdır:

“Bunlar bizim 1960-cı illərdən istifadə etdiyimiz təyyarələrdir. Bildiyim qədər, bu, ikinci qəzadır. Düşünün, 65 il ərzində yalnız 1968-ci ildə Akhisar ətrafında hava şəraiti səbəbindən bir ədəd “C-130” düşmüşdü. Yəni çox etibarlı, dörd mühərrikli təyyarələrdir. türkiyə olaraq bunların modernizasiyasını təmin etmişik.

Görüntülərdən məlum olur ki, təyyarənin quyruq hissəsi qopub. Bundan sonra təyyarə düşməyə başlayıb. Quyruğu olmadığı üçün təyyarə dayanmadan fırlanıb.

Pilotlar xilasetmə əməliyyatında olublar və təyyarəni düzəltməyə çalışıblar. Amma quyruq olmadığından idarəetmə alınmayıb. Ən azından düz uçmaq səylərini görürsünüz. Yəni fırlanarkən təyyarəni düzəlməyə çalışıblar, amma təəssüf ki, mümkün olmayıb”.

Cavid, BakuPost

Избранный
10
2
gender.az

4Источники