RU

Çempionlar Liqasında yeni rekord müəyyənləşdirdi

style='margin-bottom:10px;'>

“Atletiko”nun hücumçusu Xulian Alvares Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, bu barədə turnirin rəsmi X (keçmiş “Twitter”) hesabında məlumat verilib. Argentinalı futbolçu turnirdə keçirdiyi ilk 30 oyunda 17 qol vurub. Bu göstərici Çempionlar Liqasının tarixi üçün rekord sayılır.

Daha əvvəl bu nəticə 30 oyunda 16 qolla Lionel Messiyə məxsus idi. O, bu nailiyyəti “Barselona” və PSJ-də çıxış etdiyi dövrdə əldə etmişdi. Siyahının üçüncü pilləsində isə “Atletiko” və “Mançester Siti”də oynamış Serxio Aquero (14 qol) qərarlaşıb. Onu 13 qolla Ernan Krespo (“Latsio”, “İnter”, “Milan”, “Çelsi” və s.) və Lisandro Lopes (“Portu”, “Lion”) izləyirlər.

Избранный
34
3
teleqraf.com

4Источники