RU

Varlılar pul ödəyərək dinc sakinləri əyləncə üçün güllələyiblər - DƏHŞƏTLİ TARİX

Musavat.com xəbər verir ki, İtaliya hakimiyyəti Rusiya, ABŞ və İtaliya vətəndaşlarının Bosniya müharibəsi dövründə Sarayevoda dinc sakinlərin əyləncə məqsədilə atəşə tutulması ilə bağlı istintaq başladıb.

The Telegraph qəzetinin məlumatına görə, 1990-cı illərdə imkanlı əcnəbilər serb hərbçilərinə on minlərlə avro ödəyərək, mühasirədə olan şəhərin sakinlərini — o cümlədən uşaqları və qadınları — hədəfsiz şəkildə güllələmək imkanı əldə ediblər.

İstintaq materiallarında qeyd olunur ki, həmin dövrdə bu əməliyyatlara Haaqa tribunalı tərəfindən ömürlük həbsə məhkum edilən Radovan Karaciç rəhbərlik edib.

Jurnalistlərin araşdırmasına əsasən, bu qanlı “əyləncələrdə” iştirak edənlər özlərini “həftəsonu snayperləri” adlandırıblar və bəzən bu “oyun” üçün 100 min avroya qədər ödəniş ediblər. Mənbələrin sözlərinə görə, uşaqlar “daha baha başa gəlirdi”, qocaları isə “pulsuz öldürmək” mümkün idi.

Bu cür hadisələrin sənədləşdirilmiş yeganə nümunələrindən biri 1992-ci ildə rus yazıçısı və təbliğatçısı Eduard Limonovun Sarayevonu atəşə tutması hesab olunur.

Keçmiş bosniyalı və amerikalı hərbçilər də daha əvvəl Yuqoslaviya ərazisində törədilən oxşar epizodlar barədə məlumat veriblər.

Hazırda İtaliya hüquq-mühafizə orqanları hadisədə iştirak etmiş şəxslərin kimliyini müəyyənləşdirmək istiqamətində araşdırmanı davam etdirir. 

 

Musavat.com

Избранный
45
musavat.com

1Источники