RU

İsrail əsgərləri fələstinliləri “canlı bomba” kimi istifadə edib- ABŞ kəşfiyyatı

BAKI, 12 noyabr. TELEQRAF

ABŞ kəşfiyyat orqanları ötən il İsrail əsgərlərinin fələstinliləri partlayıcı maddələrlə dolu ola biləcəyi ehtimal edilən Qəzza tunellərinə göndərməsi barədə müzakirələr apardığını müəyyən edib.

Teleqraf xəbər verir ki, bu barədə məsələ ilə tanış iki sabiq amerikalı rəsmi “Reuters” agentliyinə məlumat verib.

Məlumata görə, bu kəşfiyyat məlumatı Ağ Evə təqdim edilib və sabiq prezident Co Bayden administrasiyasının son həftələrində ABŞ kəşfiyyat qurumları tərəfindən təhlil olunub.

Beynəlxalq hüquqa əsasən, hərbi əməliyyatlar zamanı mülki şəxslərin “canlı bomba” kimi istifadəsi qadağandır.

Bayden administrasiyasının rəsmiləri uzun müddət İsrail əsgərlərinin Qəzzada fələstinlilərdən özlərini qorumaq məqsədilə istifadə etdikləri barədə xəbərlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Lakin ABŞ-ın bu istiqamətdə topladığı sübutlar barədə məlumat ilk dəfədir açıqlanır.

2024-cü ilin son aylarında toplanan kəşfiyyat məlumatı Ağ Evdə və kəşfiyyat icmasında bu taktikanın miqyası və İsrail ordusunun bu əmrləri hərbi rəhbərlikdən alıb-almadığı ilə bağlı suallar doğurub.

Məsələyə bələd olan, lakin təhlükəsizlik səbəbi ilə adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilər qeyd ediblər ki, kəşfiyyat məlumatında qeyd olunan fələstinlilərin mülki və ya hərbi əsir olub-olmadığı dəqiqləşdirilməyib.

Bayden administrasiyası bu məsələni İsrail hökuməti ilə müzakirə edib-etməyib – məlum deyil. Nə sabiq Ağ Ev rəsmiləri, nə də Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) məsələ ilə bağlı sorğulara cavab verib.

Избранный
67
teleqraf.com

1Источники