RU

"Barselona" Robert Levandovskiyə əvəzləyici axtarır

Bakı. Trend:

"Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatan RobertLevandovskiyə əvəzləyici axtarır.

Trend xəbər verir ki,İspaniya çempionunun əsas hədəfi "Bavariya"da çıxış edən HarriKeyndir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.

İngiltərəli forvardın Almaniya klubu ilə müqaviləsindən gələnilin yayı üçün nəzərdə tutulmuş 62 milyon avroluq sərbəstqalmabəndi yer alıb. Bunu nəzərə alan "Barselona" 32 yaşlı hücumçu üçünhərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, "Bavariya" Harri Keyni 2022-ci ilin yayında"Tottenhem"dən 95 milyon avroya transfer edib. İngiltərə millisininüzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 22rəsmi matçda 26 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
41
az.trend.az

1Источники