ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 13 noyabr, AZƏRTAC
ABŞ-da 43 gündür davam edən şatdaun bu gün başa çatır.
AZƏRTAC xəbər verir ki, Nümayəndələr Palatasında hökumətin yanvarın 30-na kimi maliyyələşməsini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılıb.
Layihə 222 lehinə, 209 əleyhinə səslə təsdiqlənib. Demokratlar Partiyasının 6 üzvü qanunun lehinə, Respublikaçılar Partiyasından 2 nümayəndə əleyhinə səs verib.
Qanun layihəsi daha əvvəl Senat tərəfindən təsdiqləndiyindən növbəti mərhələdə ABŞ Prezidentinin imzalanması ilə şatdaun dayanacaq. Donald Trampın yaxın saatlarda qanun layihəsini imzalaması gözlənilir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.