Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək.
Modern.az xəbər verir ki, bu qayda Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə tətbiq olunacaq.
Sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə alınmalıdır.
Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək.
"Nusuk" kartı Məkkə məscidinə və digər müqəddəs yerlərə giriş üçün vacib olacaq, eləcə də bütün maliyyə və inzibati əməliyyatlar "Nusuk" və "Masar" platformaları vasitəsilə aparılacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.