RU

ABŞ İranın hərbi sənayesini dəstəkləyən 32 şirkət və şəxsə qarşı sanksiyalar tətbiq edib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ yeni genişmiqyaslı sanksiyaları açıqlayaraq, İranın ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə bağlı proqramlarını dəstəkləyən 32 fiziki və hüquqi şəxsi hədəf alıb. Sanksiya siyahısına İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Çin, Honq Konq, Hindistan, Almaniya və Ukraynadan olan vətəndaşlar və şirkətlər daxil olub.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə maliyyə nazirinin müavini Con K. Herli: "İran dünya üzrə maliyyə sistemlərindən istifadə edərək, öz nüvə və adi silah proqramları üçün komponentlər alır və terrorçuları dəstəkləyir", - deyə açıqlama verib. O, əlavə edib ki, "Prezident Trampın göstərişi ilə biz İrana maksimum təzyiq göstəririk ki, onun nüvə təhdidinə son qoyulsun".

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bildirib ki, sanksiyaya məruz qalan strukturlar, İranın raket yanacağı almaq və ABŞ-ın və onların ərəb dünyasındakı müttəfiqlərinin təhlükəsizliyini təhdid etmək məqsədilə fəaliyyət göstərir, həmçinin Qırmızı dənizdə ticarət gəmiçiliyinə təhdid yaradır. Bu, BMT-nin İranla bağlı sanksiyalarının bərpa edildiyi sentyabrdan bəri ikinci sanksiya paketidir.

Araşdırmanın mərkəzində olan əsas obyekt "MVM tərəfdaşlığı"dır, hansı ki, Çin tərəfindən İranın "Parchin Chemical Industries" şirkəti üçün kimyəvi maddələr alır. Bu şirkət, İranın Müdafiə Sənayesi Təşkilatına bağlıdır. Sanksiyalara bu əməliyyatın təşkilatçıları olan Marqo Kling (BƏƏ), Məcid Dulatxə və Vahid Kayumi (İran/Türkiyə) daxil edilib. Onların BƏƏ, Hindistan və Almaniyadakı şirkətlərini də siyahıya salınıb.

Sanksiyalar, həmçinin İranın pilotsuz uçuş aparatlarının istehsalı ilə məşğul olan "Kimia Part Sivan" (KIPAS) şirkətinə və onun törəmə şirkətlərinə qarşı tətbiq edilib. Çinli iş adamı Ma Jie və onun 11 şirkəti, İranın dron mühərrikləri istehsalçısı olan "Mado"nu dəstəklədikləri üçün sanksiyaya məruz qalıblar.

Bundan əlavə, ABŞ-ın məlumatına görə, Ukraynada fəaliyyət göstərən "GK Imperativ Ukraina LLC" və "Ekofera LLC" şirkətləri, İranın "HESA" təyyarə istehsalı şirkəti üçün hissələr alıblar.

Siyahıya həmçinin, iyun ayında İranın gizli avadanlıqlarını daşımağa çalışan "HONESTAR" gəmisi daxil edilib. Bu gəmi əvvəlcə "SHUN KAI XING" adı ilə tanınırdı.

Sanksiyaya məruz qalan şəxslərin ABŞ-dakı bütün aktivləri dondurulub və ABŞ vətəndaşlarına onlarla hər hansı əlaqə qurmaq qadağan edilib. Xarici maliyyə qurumları da sanksiya tətbiq edilən şəxslər və təşkilatlarla əməliyyatlar apararsa, sanksiyalarla qarşılaşa bilərlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
icma.az

1Источники