RU

Rusiyadan sonra Qazaxıstan da LGBT əleyhinə qanunu qəbul edir

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qazaxıstan parlamentinin aşağı palatası – Məclis “Arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması məsələləri haqqında” qanunu ikinci oxunuşda təsdiqləyib.

Gununsesi.info bildirir ki, qanun pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edir. O, Rusiyanın diskriminativ “LGBT təbliğatı” qanununun analoqudur.

Rusiyada bu qanundan dolayı yüzlərlə LGBT təmsilçisi ölkəni tərk etməli olub.

Qanun layihəsi “uşaqları və yeniyetmələri rəqəmsal mühitdəki mənfi məzmundan qorumaqla bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev deyib. Onun sözlərinə görə, dəyişikliklər ictimai məkanlarda pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini yasaqlayır. Bu sənəd uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və media haqqında doqquz əsas qanuna təsir göstərəcək.

Məclis dəyişiklikləri yekdilliklə qəbul edib. Deputatların mövqeyincə, məqsəd LGBT icmasının hüquqlarını ləğv etmək deyil, “ictimai təbliğat”ı məhdudlaşdırmaqdır. “Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Qəbul edilən normalar belə bilgilərin ictimai yayılmasının çərçivələri müəyyən edir. Bu isə beynəlxalq təcrübəyə uyğundur”, – Beysenbayevin sözləridir.

Deputat deyib ki, Qazaxıstanda uşaqlar və yeniyetmələr “hər gün internetdə ailə, əxlaq və gələcək barədə təsəvvürlərinə mənfi təsir göstərə biləcək məlumatlarla qarşılaşırlar”.

Rusiyada “LGBT təbliğatı” qanunu ilə əlaqədar filmlər senzuraya məruz qalır, mahnılar qadağan edilir, idmançıların, tanınmış şəxslərin açıq etirafları barədə yazan mənbələr cərimələnir.

Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstanın qanun layihəsini tənqid edib, onun insan haqlarını pozduğunu, inzibati cəzalarla nəticələnə biləcəyini bildiriblər. Deputat Nikita Şatalov isə deyib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir, insanları cinsi oriyentasiyasına görə təqib etmir.

Qanun indi Senata, daha sonra isə imzalanmaq üçün prezidentin təqdim olunacaq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
144
48
icma.az

10Источники