RU

Ukraynanın energetika naziri istefa verdi

Ukraynanın energetika naziri Svetlana Qrinçuk istefa verib. Ajans.az bildirir ki, o, bu barədə "Facebook" sosial şəbəkə hesabında məlumat paylaşıb. "İstefa ərizəsi yazdım. Vəzifə heç vaxt mənim üçün əsas məqsəd olmayıb. Dövlətin rifahı naminə işləmək imkanına görə prezident Volodimir Zelenskiyə, Ukrayna Nazirlər Kabinetinə və parlament üzvlərinə minnətdaram. Son 10 ildə dövlət qulluğunda müxtəlif vəzifələrdə çalışaraq bunu etmişəm", - deyə o yazıb. Qrinçuk peşəkar fəaliyyəti çərçivəsində "heç bir qanun pozuntusunun" olmadığını iddia edib. Onun vəzifə səlahiyyətlərini müvəqqəti olaraq müavini Nikolay Kolesnik icra edəcək.

Qeyd edək ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu həftənin əvvəlində ölkənin enerji sektorunda korrupsiya ilə əlaqəli sxemləri aşkar etmək məqsədilə genişmiqyaslı əməliyyata başlayıb.

Избранный
13
1
Ajans.az

2Источники