RU

Yeni filmin nümayişi dekabrda olacaq

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Hollivud kinorejissoru Ceyms Kemeronun lentə aldığı, "Avatar" kino trilogiyasından üçüncü filmi kimi ekranlara çıxan "Avatar: alov və kül" tammetrajlı ekran əsəri kimi 3 saat 15 dəqiqə davam edəcək. Reyting.az xəbər verir ki, bu, ABŞ-ın "Cineplex" və "AMC" kinoteatrları şəbəkələrinin yaydıqları məlumatda bildirilir.Qeyd edək ki, adıçəkilən kinoteatrlar "Avatar: alov və kül" filminin ilk nümayiş hüququnu alan kinoteatr şəbəkələri sırasındadırlar. Xatırladaq ki, bu ekran əsəri əvvəlki film olan "Avatar: su yolu"ndan 3 dəqiqə daha uzundur - 3 saat 12 dəqiqə. Birinci "Avatar" isə cəmi 2 saat 42 dəqiqədir.Yeni filmin ABŞ-da nümayişi 2025-ci il dekabrın 19-da gözlənilir. Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
2
reyting.az

3Источники