RU

İranda XƏBƏRDARLIQ: Tehran tezliklə yaşayış üçün YARARSIZ ola bilər

İran onilliklərin ən pis su böhranı ilə mübarizə aparır. Ajans.az "Reuters"ə istinadən xəbər verir ki, rəsmilər xəbərdarlıq edirlər ki, əgər ölkəni bürüyən quraqlıq davam edərsə, 10 milyondan çox əhalisi olan Tehran tezliklə yaşayış üçün yararsız hala düşə bilər. İran Prezidenti Məsud Pezeşkian xəbərdarlıq edib ki, dekabr ayına qədər yağış yağmasa, hökumət Tehranda suyun qənaətinə başlamalıdır. "Qənaət tətbiq etsək və yenə də yağış yağmasa, ümumiyyətlə suyumuz olmayacaq. Bu halda vətəndaşlar Tehranı təxliyə etmək məcburiyyətindədirlər", - Pezeşkian bildirib. Pezeşkian iyul ayında həddindən artıq su istehlakına qarşı da xəbərdarlıq edib. Su idarələri bildirib ki, o vaxt Tehran sakinlərinin 70%-i gündə standart 130 litrdən çox su istehlak edib.

İranın Milli Su və Tullantı Su Şirkəti Tehranda rəsmi normanın verilməsi ilə bağlı xəbərləri təkzib edib. Lakin Tehranda gecələr su təzyiqinin azaldılmasının tətbiq olunduğu və bəzi rayonlarda sıfıra düşə biləcəyini təsdiqlənib.

Избранный
27
Ajans.az

1Источники