Qəzzadakı atəşkəs dəfələrlə pozulmasına baxmayaraq hələ də qüvvədə qalır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, atəşkəsə tam əməl olunması və iki dövlətli həllin həyata keçirilməsi üçün danışıqların ikinci mərhələsinin başlanmasına çağırıb.
Quterreş Qəzzaya humanitar yardımın çatdırılmasında hələ də ciddi maneələrin mövcud olduğunu vurğulayıb.
Sudan və Sahel bölgəsində artan gərginlikdən narahatlığını ifadə edən Baş katib bu münaqişələrin bütün beynəlxalq ictimaiyyət üçün təhlükə yaratdığını deyib.
Əli Hüseynov