RU

Gədəbəydə evdə güclü yanğın olub

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin, sahəsi 300 m² olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılan 6 ton ot bağlaması və bitişik sahəsi 400 m² olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 25 m², dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

XQ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
13
xalqqazeti.az

10Источники