RU

Trampın ən xoş günü: şatdaun sona çatdı

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ Konqresinin hər iki palatasının təsdiqlədiyi sənəd 30 yanvar 2026-cı il tarixinədək hökumətin maliyyələşməni təmin edir və federal agentliklərə 43 günlük şatdaundan sonra dərhal fəaliyyətini bərpa etməyə imkan verir. Xatırladaq ki, rekord vuran şatdaun respublikaçılar və demokratlar arasında qarşıdurma nəticəsində yaşanıb. Demokratlar büdcə qanun layihəsini təsdiqləməkdən imtina etdi. Çünki büdcə layihəsi 2025-ci ilin sonunda bitəcək Əlçatan Səhiyyə Qanunu (həmçinin Obamacare kimi tanınır) çərçivəsində subsidiyaların ayrılması müddətinin uzadılmasını nəzərdə tutmurdu. Qanun layihəsinin qəbulu bir qrup mötədil demokrat və bir müstəqil senatorun partiya xəttindən kənara çıxması ilə mümkün olub. Demokratlar partiyasının mütərəqqi qanadının sərt tənqidinə baxmayaraq, onlar böhranın daha da uzadılmasının daha yaxşı nəticəyə gətirib çıxarmayacağını bəyan ediblər. Sonda qanun layihəsini 60 senator dəstəkləyib.

Noyabrın 12-də Nümayəndələr Palatası onu təsdiqlədikdən sonra sənədi ABŞ prezidenti Donald Tramp imzalayıb. Qanunun imzalanması zamanı Tramp seçiciləri növbəti seçkilərdə şatdaunu xatırlamağa çağırıb. “Demokratlar milyonlarla amerikalının əziyyət çəkdiyinə sevinirdilər. Heç kim heç vaxt belə bir şey görməmişdir. Bu gün isə gözəl bir gündür”, - Amerika lideri vurğulayıb. Bununla belə, böhrana səbəb olan əsas məsələ həll olunmamış qalır: respublikaçı senatorlar Obamacare subsidiyalarının uzadılması ilə bağlı ayrıca səsvermə keçirilməsinə zəmanət yox, yalnız söz veriblər. Növbəti 2,5 ayda Konqres üzvləri tam hüquqlu federal büdcənin qəbulu ilə bağlı danışıqlar aparacaqlar. Xatırladaq ki, şatdaun dövründə təxminən 700 min federal işçi ödənişsiz məzuniyyətə göndərilib, bəziləri isə işdən çıxarıldıqları barədə bildirişlər alıb. Milli Qvardiyanın hərbçiləri, polislər, aviadispetçerlər və nəqliyyat işçiləri maaş almadan işləməyə məcbur olublar.

Maliyyə çatışmazlığı 42 milyona yaxın amerikalıya xidmət göstərən Əlavə Qidalanma Yardım Proqramının (SNAP) da işində fasilələr yaradıb. Müvəqqəti büdcə qanunu imzalandıqdan sonra dövlət qurumları normal fəaliyyətə qayıdacaq, dövlət qulluqçularına verilməmiş əmək haqları ödəniləcək. Donald Tramp həmçinin şatdaun zamanı işini davam etdirən hava nəqliyyatı dispetçerlərinə 10 min dollar bonus ödəməyi tövsiyə edib. Bundan əlavə, ikitərəfli razılaşma, ixtisar bildirişi almış federal əməkdaşların iş yerlərini saxlamalarını təmin edir. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
azvision.az

2Источники