RU

“Azeri Light” ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Missiya.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,35 ABŞ dolları, yaxud 3,47 % azalaraq 65,43 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 67,78 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Избранный
32
25
missiya.az

10Источники