RU

Qəzaya uğrayan təyyarənin hissələri Kayseridə tədqiq ediləcək

Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin hissələri Kayseri vilayətinə aparılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır, lakin araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək.

Избранный
23
4
konkret.az

5Источники