Qubada dəhşətli hadisə baş verib.
Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Çartəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Hikmət Seyidbala oğlu Nəcəfovun bıçaqlanmış meyiti yaşadığı evdə aşkar edilib. Onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.