ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Polşanın Baş nazir müavini və xarici işlər naziri Radoslav Sikorski bildirib ki, əgər Ukrayna müharibəni uduzarsa, Rusiyanın növbəti hədəfi Polşa olacaq. Rusiyanın müstəmləkəsi olmaqdansa, ot yeyərik.
Nazir Sikorski bu fikirləri Böyük Britaniyanın “The Rest is Politics” adlı podkast proqramında səsləndirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ələ keçirməyə müvəffəq olarsa, bu, Polşa üçün birbaşa təhlükə yaradacaq.
Sikorski vurğulayıb ki, Polşa ictimaiyyətinin Rusiya ekspansiyasından duyduğu narahatlıq, ölkənin müdafiə xərclərinin rekord səviyyədə artırılmasının əsas səbəblərindən biridir. Onun sözlərinə görə, bu səbəbdən Polşa hökuməti digər sahələrdəki maliyyə vəsaitlərindən imtina etməli olur.
Sikorski həmçinin bildirib ki, Ukrayna müharibənin daha üç il davam edə biləcəyinə hazırdır, lakin Rusiyanın bu qədər uzun müddət dözə biləcəyinə inanmadığını deyib.
"AzPolitka.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.